Şrift ölçüsü:
A+
A
A-
26 Haziran 2021

Həzrət İmam Rza

Xorasanın şahısan,
Qəriblər ağasısan,
Dostlarının varısan,
Dərdlilərin dəvası,
Əhli-beytin Rizası.

Ziyarətin arzumuz,
Səni sevmək borcumuz,
Haqq yolundur yolumuz.
Aşiqlərin səfası,
Əhli-beytin Rizası.

Sənə ümid bəslədik,
Adını hey səslədik,
İcabətin gözlədik,
Haqq əhlinin duası,
Əhli-beytin Rizası.

Hakim oldun qəlblərə,
Adın düşdü dillərə,
İmam oldun ellərə,
Ağaların ağası,
Əhli-beytin Rizası.

Ey ahular Zamini
Unutmadıq namini.
İzləyirik rahini,
Ümmətin rəhnoması,
Əhli-beytin Rizası.

Aşiq olduq adına,
Düşdük bu eşq oduna,
Bizi də sal yadına!
Möminlərin bəqası,
Əhli-beytin Rizası.

Sən raufsan, mehriban,
Buna yoxdur şəkk-güman.
Ruzi cəza ver aman! 
Aləmərin bəhası,
Əhli-beytin Rizası.

Məzlumlara hamisən, 
Elmlərə camisən,
Dahilərdən Dahisən,
Ruhumuzun Fədası,
Əhli-beytin Rizası.

Salam olsun yurduna!
Xorasani orduna!
Bizi apar ardına!
Hamının var sədası,
Əhli-beytin Rizası.

Sənə heyrandı aləm,
Sənlə olmaz qüssə, qəm,
Kəramətin dəmbədəm,
Möcüzələr aynası,
Əhli-beytin Rizası.

Müqəddəsdir Məşhədin,
Cəlb edir pak türbətin,
Əzəmətin, heybətin,
Haqqın nuru şüası,
Əhli-beytin Rizası.

Çakerəm daim Sənə,
Ehsan eylə bəndənə,
Qulun təki Rövşənə,
Lütf eylə var nidası,
Əhli-beytin Rizası.
1958 dəfə baxılıb
در حال ارسال اطلاعات...