Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2022

Suriyada Cəbhətün-Nüsrə və Ankara rejiminə bağlı terrorçu qruplar arasında qarşıdurma

Suriyanın Hələb əyalətində “Cəbhətün-Nüsrə” (hazırkı adı: Heyətu Təhriru-Şam) və Ankara işğalçı rejiminə aid “Əl-Filaqus-Salis” terror qruplaşmaları arasında qarşıdurma şiddətlənib. Cəbhətün-Nüsrə terrorçuları Afrin şəhərinin əksər hissələrinə nəzarəti ələ keçirib.
“Enab Baladi” xəbər agentliyinin bildirdiyinə görə, beş gün əvvəl başlamış bu toqquşmalar Cəbhətün-Nüsrəyə bağlı Əl-Həmzə qruplaşmasının iki üzvünün Əl-Filaqus-Salisin yüksək rütbəli üzvlərindən biri olan Məhəmməd Əbdül Lətif adlı terrorçunu öldürməsi ilə baş verib.
Toqquşmalar şiddətlənərək Ankara rejiminin işğal etdiyi və bu işğalçı rejimə aid terrorçu qruplaşmaların yerləşdiyi Hələbin şimal-şərq bölgələrinə genişlənmişdir. Ən çox qarşıdurmaların Əl-Bab şəhəri ətrafında baş verdiyi bildirilir. Artıq Ankara rejiminə aid digər terrorçu qruplaşmalar da toqquşmalara qatılıb.
Sosial şəbəkə istifadəçiləri Əl-Bab şəhəri ətrafında şiddətli toqquşmaların şəkillərini və videolarını da yayıblar ki, bu da tərəflərin bir-birini ağır silahlarla öldürdüyünü göstərir.
Cəbhətün-Nüsrə və Ankara işğalçı rejiminə bağlı terror qrupları arasındakı qırğın Türkiyə hökumətinin son aylarda Suriya hökuməti ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu dəfələrlə bildirdiyi şəraitdə baş tutuması ekspertlərin də diqqətini çəkmişdir.
Ekspertlər bildirirlər ki, Türkiyə gələn il keçiriləcək prezident seçkilərində seçki qutusunu doldura bilməsi üçün Suriyada on ildir davam edən çətin vəziyyətdən ən qısa zamanda çıxmağı və suriyalı qaçqınları ölkələrinə qaytarmağı planlaşdırır.
2720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP