
Bismillahir-Rəhmanir-Rəhim
İran İslam Respublikası və dünyanın bir sıra ölkələrində yaşayan azəri türkləri və Azərbaycanı sevənlər  16 oktyabr (10 zilhiccə, Qurban bayramı günü), 2013-cü il tarixində Müqədəs Qum şəhərində  Nur Mədəniyyət Mərkəzinin təsis  yığıncağına toplaşıblar. Toplantıda mədəniyyət mərkəzinin təsis qrupu tərəfindən hazırlanmış nizamnamə oxunub, iştirakçılar müəyyən düzəlişlərlə nizamnaməni qəbul ediblər. İslam Mədəniyyəti və bu konteksdə Müsəlman Azərbaycanın tanıtdırılması Nur Mədəniyyət Mərkəzinin əsas vəzifəsi olaraq vurğulanıb. Artıq fəaliyyətə başlamış Nur-Az.com saytının təqdimatı keçirilib. Nur Mədəniyyət Mərkəzinin əsas fəaliyyətləri sırasında kitab çapı, elmi-dini seminar və konfranslar, müqəddəs yerlərə ziyarət səfərlərinin təşkili və bir həftəlik “İslamla tanışlıq” kursları yer alır. Gələcək fəaliyyətlərdə müstəqil televiziya və radio şəbəkələri işlətmək nəzərdə tutulur. 
Nur Mədəniyyət Mərkəzi