Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2020

Sionistpərəstlər İlham Əliyevin əksinə olaraq ABŞ əlaltısı Türkiyəni niyə Azərbaycanda görmək istəyir?

Türkiyə bayrağı niyə “Şuşa” yazısının yanında asılmalıdır?

Şuşa şəhərinin girişinə Azərbaycanın İmam Hüseyn (ə) aşiqlərindən ibarət ordusu Azərbaycan bayrağı rəngində “ŞUŞA” adını latın hərfləriylə Rusiya sülhməramlılarının gözü önündə quraşdırıblar. Bu, çox sevindirici haldır. Amma, ortada təəssüfləndirici bir məqam var. O da budur ki, nə üçün “ŞUŞA” adının yanında Türkiyənin bayrağını vururlar? Ümumiyyətlə, bu düşüncəni ölkədə kimlər formalaşdırır? Təbii ki, türkpərəst zehniyyət. Onlar ABŞ əlaltısı olan Ərdoğan Türkiyəsinin tərəfdarıdır. Dünəndən Allahlarındandır ki, Türkiyə gəlib Azərbaycana, Qarabağa girsin, Suriyada etdiyi terrorları, İŞİD-i dəstəkləmələrini gəlib Azərbaycanda da etsin. Bəs niyə bunu istəyirlər? Çünki əslində sionist “səfirliyi”nin əlinə baxan insanlardır. Çünki məqsədləri Azərbaycan qonşuluğunda olan Rusiya, xüsusilə də İran İslam Respublikasına terrorçu soxmaq, göz dağı vermək, hədələməkdir. Yoxsa Türkiyənin Azərbaycana gəlməsini niyə istəsinlər?

Baxın, sionist “səfirliyi”ndən tulapayı alıb İrana hürənlərdən biri də BAXCP-dir. Qüdrət Həsənquliyevin müavini “nə gündəsən” Niyaməddin görün nə deyir: "Bir millət, iki dövlət" şüarının çox dərin prinsipləri var. Buna şahidlik edənlər etiraf etdilər. Fakt qarşısında qaldılar. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun Qarabağdakı 44 günlük möhtəşəm qələbəsindən dərhal sonra Rusiya, Ermənistan və Azərbaycan dövlətlərinin imzaladığı 10 noyabr bəyanatından sonra Türkiyənin Azərbaycanda hərbi bazasının yaranmasını daha da aktual edir.” Diqqət edin, “nə gündəsən” Niyaməddin özü sanki etiraf edir ki, Azərbaycanın İmam Hüseyn (ə) aşiqləri olan əsgərləri yox, Türkiyə hərbisi Qarabağda vuruşub. Özləri də bütün günü cib müxalifəti olan Qüdrətin ayağından öpməyə dünəndən hazır olduğu şəxsin - İlham Əliyevin gözünə girmək üçün ona yaltaqlanırlar. Məqsəd bu minvalla Türkiyənin Azərbaycanda hərbi varlığına nail olmaqdır. Çünki əsas hədəf İrandır. Əgər belə olmasaydı İlham Əliyevin əksinə danışmazdılar. Diqqət edin, İlham Əliyev Ermənistan təslim olmazdan əvvəl Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verərkən sionistpərəst jurnalist ona belə bir sual verir:

“Türkiyədən və Pakistandan Sizə dəstək mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan “Hər cür dəstəyi verməyi hazırıq” dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?” İlham Əliyevin isə cavabı bu olur: “Xeyr. Bizim belə bir fikrimiz yoxdur.” Deməli, İlham Əliyev Türkiyədən hansısa hərbi yardım edilməsini istəmir. Bəs, sionistpərəst, cib müxalifəti olan Qüdrətin adamı niyə belə bir işə bu qədər həvəslidir?

Halbuki Rusiya sülhməramlılarının Qarabağa girməsini Niyaməddin kimilər işğal hesab edir. İran tərəfindən sülhməramlı gəlsəydi də ləçər arvadlar kimi Qüdrət və Niyaməddin özlərini “lezvalayacaqdılar.” Bəs Türkiyənin gəlişi işğal hesab edilmirmi? Niyə?

Bütün bunlardan görürük ki, əslində, sionist “səfirliyindən” tulapayı alan Qüdrət kimilər ölkə rəhbərliyinə təzyiq göstərməyə çalışırlar ki, İŞİD-in dostu Ərdoğan İranın qonşuluğuna gəlsin. Görünür Qarabağdan sonra Təbrizə tamah salıblar. Hər halda bunlar elçibəyçidir. Bunlar üçün Qarabağ İranın əliylə alınmaqdansa Ermənistanda qalsa yaxşıdır.


2710 بازدید
در حال ارسال اطلاعات...