17 Fevral 2021
Qaradağlı faciəsindən 29 il ötür
Qaradağlı faciəsindən 29 il ötür.
Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

09.05.24, 09:02
Ukraynada döyüşə məhbuslar gedir 09.05.24, 08:58
Şagird direktoru öldürdü – Türkiyədə kəskin etiraz başladı 08.05.24, 10:11
Zilqədə ayının bazar gününün bərəkətli tövbə namazı 08.05.24, 09:24
İran sionist rejimin Rəfaha hücumunu kəskin pislədi 08.05.24, 09:14
Bu, İsrailin son şansı olacaq - HƏMAS 07.05.24, 09:22
İsfahanda ilk beynəlxalq nüvə təlim mərkəzi açılacaq 07.05.24, 09:20
Rusiyada ABŞ hərbçisi saxlanıldı 05.05.24, 10:28
Bakıda həkimə 14 bıçaq zərbəsi vuruldu 05.05.24, 10:27
Ruslar sürətlə irəliləyir: Daha bir kənd ələ keçirildi 04.05.24, 09:28
Kəlbəcərdə hərbçimiz həlak oldu - Yaralananlar var 30.04.24, 08:45
İctimai dayağı olmayan rejim daxilində didişmə davam edir 30.04.24, 08:44
İş adamları investiyalarını İsraildən çıxarmaqda davam edir 29.04.24, 10:39
Abşeronda qadın qətlə yetirildi, əri saxlanıldı 28.04.24, 10:10
Ohayo polisinin zorakı davranışından sonra qaradərili Amerika vətəndaşı ölüb - VİDEO 28.04.24, 10:04
Rusiyada miqrantların qalma müddəti azaldılır 28.04.24, 09:29
Ağdamda bir nəfər minaya düşdü 28.04.24, 09:28
Türkiyədə polis iki həmkarını... 28.04.24, 09:27
Bu ölkə ABŞ-la əməkdaşlıq etdi və viran oldu - Zaxarova 27.04.24, 12:20
Yəmən 30 milyon dollarlıq ABŞ PUA-sının vurulduğunu təsdiqləyib 27.04.24, 09:51
Ukraynaya göndərməyə "Patriot"umuz yoxdur - ABŞ 27.04.24, 09:33
Medvedev qəzəbləndi - "Bu əclafları məhv edəcəyik" 22.04.24, 09:07
Fələstin bayrağına təpik atdı... - Video 21.04.24, 09:41
Ukraynaya yardım bütöv bir nəsli məhv edəcək - Konqresmen 21.04.24, 09:36
İranlı şair Sədi Şirazi Ali Məqamlı Rəhbərin baxışında 21.04.24, 09:35
Hizbullahdan sionist rejimə ağır zərbə 21.04.24, 09:32
Qəzzada şəhidlərin sayı 34 min 49 nəfərə çatıb 21.04.24, 09:29
Vaşinqton vədlərinə əməl etmədi - Abbas 21.04.24, 09:26
Azərbaycanlı iş adamı arvadının gözü qarşısında öldürüldü 20.04.24, 12:59
Fransız diplomatın iddiası: Hücum edən kvadrokopterlər Azərbaycan ərazisindən İrana göndərilib 20.04.24, 11:18
22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı 20.04.24, 11:07
Biz onları qorumaq üçün milyardlar xərcləyirik - Tramp 17.04.24, 09:20
Ruslar sualtı savaşa hazırlaşır 17.04.24, 09:17
Putinin adına rayon yaradılacaq 17.04.24, 08:54
Pakistanın müdafiə naziri: İrana qarşı hərəkət İsrail üçün ciddi itkilərlə nəticələnəcək 17.04.24, 08:53
“Doğru Vəd” əməliyyatının 10 mühüm məqamı 16.04.24, 07:45
ABŞ-da atışma zamanı iki polis əməkdaşı öldürülüb 16.04.24, 07:36
Rusiya irəliləyir, Ukrayna isə ağır durumdadır - Pentaqon 15.04.24, 09:48
ABŞ, İngiltərə və Almaniyanın xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin artmasının qarşısının alınmasını vurğulayıblar 15.04.24, 09:39
İranın sionist rejimə 14 aprel hücumunda rekordları 15.04.24, 08:53
ABC News: İranın 9 raketi İsrailin 2 bazasını vurub 15.04.24, 08:39
İngilis analitik: İran İsraili cəzalandırmaqla bu rejimin təcavüzkarlığına cavab qapısını açdı 15.04.24, 07:22
İsrail reaksiya verərsə... 14.04.24, 08:38
General Baqiri: Rejim cavab versə, reaksiyamız daha sərt olacaq 14.04.24, 07:57
SEPAH raketləri sionist rejimdə hansı hədəfləri vurub? 14.04.24, 07:56
İrəvani: Əgər İsrail yenidən hərbi əməliyyata başlasa, İranın cavabı daha qəti olacaq 14.04.24, 07:54
SEPAH ABŞ-a xəbərdarlıq etdi 14.04.24, 07:53
Dəmir Günbəz sistemi hibrid hücumlara qarşı effektivdirmi? 14.04.24, 07:48
İran XİN-nin hücumla bağlı ilk bəyanatı 14.04.24, 07:45
İranın ballistik raketlərinin ilk partiyasının atılması - İsraildə həyəcan siqnalı çalınıb 14.04.24, 07:43
Qüdsdə güclü partlayışlar... 14.04.24, 07:39
İşğal olunmuş ərazilərə onlarla raket və PUA atılıb 13.04.24, 10:33
Norveç: Biz Fələstini tanımağa hazırıq 13.04.24, 10:32
Bayden İrandan İsrailə hücum etməməyi xahiş edib 09.04.24, 11:43
Türkiyə sionist rejimə armatur ixracını dayandırsa, Təl-Əviv Ankaranı cəzalandıracaq 09.04.24, 09:45
Türkiyə: İsrailə qarşı bir sıra tədbirlər görəcəyik - Ərdoğan İsrailə silah yardımını dayandırır? 08.04.24, 09:18
İran səfirliyinə hücum sionistləri xilas etməyəcək 08.04.24, 09:17
Bakıda 28 yaşlı oğlan özünü binadan atdı - İntihar 08.04.24, 09:11
Yaralanan zabitimiz dünyasını dəyişdi 08.04.24, 08:57
General Kremli hədələdi: 10 dəqiqəyə məhv edərik! 07.04.24, 07:39
Yevlaxda gənc oğlan qətlə yetirildi 07.04.24, 07:36
Ukraynaya yardımın müxalifi Slovakiya prezidenti seçilib 07.04.24, 07:28
Rusiya ilə toqquşsaq, məhv olacağıq - Melenşon 06.04.24, 08:04
32 yaşlı qadın əri tərəfindən qətlə yetirildi 06.04.24, 07:20
Təlim zamanı əsgərimiz həlak oldu 05.04.24, 11:28
Sionist rejimin müxtəlif ölkələrdəki 7 səfirliyi boşaldılıb 05.04.24, 08:37
NATO əsgərini əsir almayaq, öldürək və meyitini... 04.04.24, 08:32
Ənsarullah lideri: Biz raket və dəniz gücümüzü artırırıq 04.04.24, 08:27
Nəsrullah: Sionist rejim məhv olmaq ərəfəsindədir 04.04.24, 07:27
Dollar tarix səhnəsindən silinəcək - Makqreqor 03.04.24, 07:53
Rusiyada terakt törədənlərin məqsədi bu olub - Putin 02.04.24, 07:19
Türkiyədə atışma olub: ölənlər var 02.04.24, 07:17
Rusiyada əcnəbilərin qalması şərtləri sərtləşdirilir 02.04.24, 06:47
Türkiyə bələdiyyələri müxalifət partiyasının əlində - Ərdoğan nakam qaldığını elan etdi 01.04.24, 08:22
Kremldən Zelenskiyə: 1991 sərhədi artıq yoxdur! 30.03.24, 08:56
Rusiyada növbəti dəhşətli teraktın qarşısı alındı 29.03.24, 08:19
Günahların bağışlandığı gecə... 28.03.24, 08:28
Putin: Əgər F-16... 27.03.24, 08:53
ABŞ-də körpü uçdu - 6 nəfər öldü 27.03.24, 08:45
Yəmən Ordusunun 3 gündə “təcavüzkar üçbucaq”a qarşı 6 əməliyyatı 27.03.24, 08:44
Tramp: İsrail qlobal dəstəyi itirir, müharibəyə son qoymalıdır 27.03.24, 08:27
Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb 26.03.24, 11:31
Sionist rejimin səfirliyi İordaniya xalqının mühasirəsində 26.03.24, 08:36
Onların hamısını öldürün! - Medvedyev 25.03.24, 11:17
Rusiya, İran və Çin üçlüyü ABŞ üçün qorxulu yuxudur