Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2025

Suriya müvəqqəti hökuməti ilə kürd qüvvələri arasında şiddətli atışma baş verib

Xəbər mənbələri bildirir ki, Suriya Kürd silahlıları, Hələb ətrafında Müvəqqəti Hökumət qüvvələri ilə ağır döyüşlərə giriblər.

Bu qarşıdurmalar Hələb şəhərinin şərqindəki "Deyr Hafar" istiqamətində cəmləşib.

Hər iki tərəf bir-birinin mövqelərini minaatan və raketlərlə hədəf alır.

Deyr Hafar bölgəsindən keçən Hələb-Rəqqa yolu üçüncü gündür ki, bağlanıb.

Deyr Hafar şəhəri Hələb ətrafında Kürd qüvvələrinin nəzarətindədir.
293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.09.25, 09:37
Rusiya NATO-nu təhdid etdi
Go to TOP